İDMAN


Jurnalistlərə Formula 1 yarışlarının qaydaları barədə təlim keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar aprelin 23-də media nümayəndələri üçün təlim təşkil edib.

AZƏRTAC xəbər verir ki, Bakı Marşal Klubunun iştirakı ilə təşkil olunan təlimin məqsədi yerli media nümayəndələrini Formula 1 yarışlarının ümumi qaydaları barədə nəzəri və praktiki cəhətdən məlumatlandırmaqdır.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri, praktiki və əyləncə hissələrindən ibarət olub. Nəzəri hissədə jurnalistlərə peşəkar marşallar tərəfindən Formula 1 bolidləri, onların texniki xüsusiyyətləri, yarışın idarə olunması prosesi və yarış zamanı digər maraqlı məqamlar barədə məlumat verilib. Təlimin sonunda suallar cavablandırılıb.

Praktiki hissədə jurnalistlərə yarışın idarə olunması və qaydaların necə tətbiq olunduğu nümayiş edilib.

Sonda Azərbaycan Avtomobil Federasiyasının drift və volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib, lüks maşınlar sərgilənib.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari il iyunun 10-12-də keçiriləcək. Mövsümün sayca səkkizinci yarışı olan Azərbaycan Qran-Prisi Monako, Mayami, Sinqapur kimi nüfuzlu şəhər yarışları sırasında yer alır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.