SİYASƏT
KİŞİNYOVDA GUAM ÖLKƏLƏRİNİN TƏHLÜKƏLİ CİNAYƏTKARLIQLA MÜBARİZƏ ÜZRƏ İŞÇİ QRUPUNUN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 30-da Kişinyovda GUAM ölkələrinin terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli cinayətlərlə mübarizə üzrə işçi qrupunun növbəti görüşü keçirilmişdir.
Tədbirdə ölkəmizi həmin işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-mayoru Vilayət Eyvazovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Görüşdə korrupsiyaya, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə və sair cinayətlərə qarşı mübarizəyə dair müzakirələr aparılmışdır.