SİYASƏT
KİYEVDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR
Kiyev, 4 may (AZƏRTAC). Mayın 8-9-da Kiyevdə ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə beynəlxalq mini-futbol turniri keçiriləcəkdir.
Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) və “Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaqdır.
Qaliblərə fəxri fərmanlar, qiymətli hədiyyələr və diplomlar veriləcəkdir.
Qeyd edək ki, “Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi” İctimai Birliyi Kiyevdə UAK-ın təşəbbüsü ilə yaradılmışdır.