KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ NÖVBƏTİ İCLASLARI KEÇİRİLMİŞDİR
AzerTAg.az
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Konstitusiya Məhkəməsi Palatasının növbəti iclaslarında bir sıra məsələlərə baxılmışdır.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli Fərmanının və Nazirlər Kabinetinin 1993-cü il 4 iyun tarixli 267 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunun icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Sorğuya mahiyyəti üzrə baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası oktyabrın 12-nə təyin edilmişdir.
X X X
Konstitusiya Məhkəməsi “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 maddəsinə əsasən, İ.M.Allahverdiyevin və qeyrilərinin şikayətinə baxaraq, icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Şikayətə mahiyyəti üzrə baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası oktyabrın 22-nə təyin olunmuşdur.
X X X
Konstitusiya Məhkəməsi “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 maddəsinə əsasən, A.İbrahimovun şikayətinə baxaraq, icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Şikayətə mahiyyəti üzrə baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası oktyabrın 28-nə təyin edilmişdir.
X X X
Konstitusiya Məhkəməsi “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 maddəsinə əsasən, A.Ə.Qasımov və F.Ə.Hüseynovun şikayətlərinə baxaraq, icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Şikayətə mahiyyəti üzrə baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası noyabrın 2-nə təyin olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var