Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«KÖRPƏLƏRIN VƏ ERKƏN YAŞLI UŞAQLARIN QIDALANMASI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINA ƏLAVƏLƏR EDILMƏSI BARƏDƏ» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

«Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlarşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq dövlət orqanı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65-1.0.2-ci və 65-1.0.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı» barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. öz səlahiyyətləri daxilində «Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, «12» fevral 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin