Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KUBA RESPUBLİKASI DÖVLƏT ŞURASININ VƏ NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB FİDEL KASTRO RUSA

Hörmətli cənab Sədr,

Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 dekabr 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin