Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 82; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 3, maddə 116, № 5, maddə 245; 2004-cü il, № 2, maddələr 57, 58; 2005-ci il, № 4, maddə 278; Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 375-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 14-cü maddədə beşinci-səkkizinci hissələr müvafiq olaraq altıncı-doqquzuncu hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir.”.

2. 29-cu maddədə “Kitab Palatasına” sözlərindən sonra “, Azərbaycan Mətbuat Şurasına,” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin