DÜNYA


KXDR Sarı dəniz istiqamətində iki raket buraxıb

KXDR Sarı dəniz istiqamətində iki raket buraxıb

Bakı, 17 avqust, AZƏRTAC

KXDR bu gün sınaqlar çərçivəsində Sarı dəniz istiqamətində iki qanadlı raket buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb.

“Biz bu gün sübh çağı Şimali Koreyanın Pxyonan-Namdo əyalətindən Sarı dəniz istiqamətində iki qanadlı raket buraxdığını qeydə almışıq”, - Cənubi Koreya Silahlı Qüvvələrinin nümayəndəsi belə deyib.

Agentlik qeyd edir ki, qanadlı raket buraxılışı yanvardan bəri ilk dəfə həyata keçirilib.

Dünən Cənubi Koreya və ABŞ hərbçiləri növbədənkənar təlimlərə başlayıblar və bunun ardınca Ulchi Freedom Shield manevrləri keçiriləcək. Bazar ertəsi günü isə Koreya Respublikasının Prezidenti Yun Sok Yol Koreya yarımadasının yapon hökmranlığından azad olunmasının ildönümü münasibətilə özünün cəsarətli planlarının detallarını açıqlayıb. Belə ki, Seul nüvəsizləşdirmə əvəzinə Pxenyana iqtisadi yardım təklif edir.

Bu gün keçirilən mətbuat konfransında Yun Sok Yol həmin təklifi bir daha təkrarlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.