SİYASƏT


Kağıthane bələdiyyəsinin sədri: Azərbaycan naminə görülən hər iş qürurvericidir

İstanbul, 23 sentyabr, АZƏRTAC

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev ilə İstanbulun Kağıthane bələdiyyəsinin sədri Fazlı Klıç arasında görüş olub. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi əsasında həyata keçirilən və perspektivdə olan beynəlxalq layihələrin tarixi əhəmiyyətindən danışılıb.

AZƏRTAC xəbər verir ki, Kağıthane bələdiyyəsinin ofisində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında bələdiyyələrin yeri və roluna dair fikir mübadiləsi aparılıb.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir inkişaf strategiyasının Azərbaycan və Türkiyənin ümumi maraqlarına xidmət etdiyini diqqətə çatdıran Məsim Hacıyev söhbət zamanı 20 Yanvar faciəsi və Xocalı soyqırımı, eləcə də xalqlarımızın və ölkələrimizin ümumi maraqlarına uyğun digər mövzularda birgə tədbirlər hazırlamaq imkanlarını nəzərdən keçirməyi təklif edib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının tarixi əhəmiyyət daşıdığını bildirən Fazlı Klıç vurğulayıb ki, qardaş ölkənin sürətli inkişafı Türkiyədə böyük sevinclə izlənilir və Azərbaycan naminə görülən hər bir iş qürurvericidir.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunması qərara alınıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.