Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Kamran Şahmərdan: Mən bu günü ömür boyu gözləmişəm VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Mənim üçün böyük səadətdir ki, filmimin premyerasını doğma Bakıda keçirirəm. Mən bu günü ömür boyu gözləmişəm. Fəxr edirəm ki, Elçin Əfəndiyev kimi görkəmli yazıçının əsərinə ekran həyatı vermişəm. “Qatil” pyesi əsasında hazırlanmış tamaşa 3-4 il bundan əvvəl Sankt-Peterburqda səhnəyə qoyulub və böyük maraq doğurub. Elə o vaxtdan Elçin müəllimin həmin əsərini ekranlaşdırmaq barədə düşünürdüm. Bu arzuma çatdığım üçün çox xoşbəxtəm.

Xalq Yazıçısı Elçin Əfəndiyevin pyesi əsasında çəkilmiş eyniadlı filmin baş rejissoru Kamran Şahmərdanın premyeradan əvvəl dediyi bu səmimi sözlər çoxsaylı tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.

AZƏRTAC xəbər verir ki, “Qatil” bədii filminin oktyabrın 21-də Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə çəkilib.

Filmin ssenari müəllifi Xalq Yazıçısı Elçin Əfəndiyev, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Zətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları gürcü aktyorları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Premyeradan əvvəl jurnalistlərə müsahibə verən yazıçı pyesi 10-12 il əvvəl yazdığını bildirib. “Pyes ilk dəfə istedadlı rejissor Mehriban Ələkbərzadə tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnəyə qoyulub. Sonradan Moskva, Sankt-Peterburq, London, İstanbul və digər şəhərlərdə səhnələşdirilib. İstedadlı həmvətənimiz, Finlandiyada yaşayan rejissor Kamran Şahmərdanın “Qatil” pyesini ekranlaşdırmaq təklifini müsbət qarşıladım. Açığını deyim ki, mən bədii əsərlərin ekranlaşdırılmasının tərəfdarı deyiləm. Çünki kinossenari orijinal olmalıdır. Lakin Kamran məni inandırdı və bu ssenarini yazdım”, - deyə ssenari müəllifi bildirib.

Filmə baxdığını söyləyən Elçin müəllim ekran əsərinin tamaşaçıların xoşuna gələcəyinə inandığını deyib: “Bu gün film ilk dəfədir geniş ictimaiyyətə təqdim edilir. Filmin Azərbaycan dilində səsləndirilməsi də vacib məsələ idi. “Azərbaycanfilm” kinostudiyası bu işin öhdəsindən bacarıqla gəlib”.

Təqdimat mərasimində çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, hər bir premyera kino işçiləri üçün bayram olmaqla yanaşı, həm də tamaşaçılar qarşısında hesabatdır. “Azərbaycanfilm”lə ötən əsrin 70-ci illərindən başlayaraq əməkdaşlıq edən Elçin müəllimin müəllifi olduğu filmlər hər zaman böyük maraqla qarşılanıb. Onun iki il əvvəl çəkilmiş “Mahmud və Məryəm” filmi Tokiodan tutmuş Avropayadək dünya prokatlarındadır.

“Hazırda Türkiyə və Rusiya prodüserləri “Qatil” əsərini yenidən ekranlaşdırmaq üçün bizə müraciət ediblər. Eyni zamanda, görkəmli yazıçımızın digər əsərinin ekranlaşdırılması ilə bağlı bir sıra Avropa kinoşirkətlərindən təkliflər almışıq və bu məsələ yaxın vaxtlarda həllini tapacaq”, - deyə M. Hətəmov məlumat verib.

Kinostudiyanın direktoru diqqətə çatdırıb ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bu sahədə mühüm işlər görülür. Belə ki, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yaşayan əslən azərbaycanlı kinorejissorlar “Azərbaycanfilm”ə dəvət olunur. Son üç ildə 18-dək rejissor sınaqdan keçirilib. Onlardan biri də bu gün təqdimatı olan ekran əsərinin rejissoru Kamran Şahmərdandır. O, Finlandiyada yaşamasına baxmayaraq, “Azərbaycanfilm”lə əməkdaşlığı üstün tutur.

Baş rolun ifaçısı Eka Çxeidze və quruluşçu operatoru Mixail Maqalaşvili yaradıcı heyətin ekran əsəri üzərində şövqlə işlədiyini, filmin əsas ideyasını tamaşaçılara çatdırmaq üçün gərgin əmək sərf etdiyini bildiriblər.

Sonra film təqdim olunub.

Psixoloji dram janrında çəkilmiş “Qatil” müasir dövrümüzün aktual və ağrılı mövzularından biri olan tənha qadın probleminə həsr edilib. Ssenari müəllifi və yaradıcı heyət bunun doğurduğu fəsadları açıb göstərmək, geniş tamaşaçı auditoriyasının diqqətini bu problemə yönəltmək məqsədini qarşıya qoyub və mövzunun uğurlu ekran həllinə nail olub. Film boyu ekranda yalnız iki nəfər görünsə də, bu, tamaşaçını yormur, dərin psixoloji məqamlar onu daim gərginlikdə saxlayır və düşünməyə vadar edir.

Filmin nümayişi başa çatdıqda və salonun işıqları yandıqda hamının nəzərləri ssenari müəllifinə və yaradıcı heyətə yönəlib. Hələ də ekran əsərinin təsiri altında olan tamaşaçılar öz təəssüratlarını sürəkli alqışlarla ifadə ediblər.

İstedadlı və geniş diapazonlu yazıçı Elçinin yaradıcılığında kino xüsusi yer tutur. Onun ssenariləri əsasında çox-çox əvvəllər çəkilmiş “Baladadaşın ilk məhəbbəti”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Sahilsiz gecə” və digər filmlər cazibəsini bu gün də qoruyub saxlayır. 2013-cü ildə ekranlara çıxan “Mahmud və Məryəm” filmi isə Azərbaycan kino mühitinə canlanma gətirib, yeni bir mərhələnin əsasını qoyub. Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi olan bu filmin dünya ekranlarına çıxması kinomuzun mühüm uğurudur. Əminik ki, “Qatil” filmi də geniş tamaşaçı marağına səbəb olacaq.

Kamran Şahmərdan: Mən bu günü ömür boyu gözləmişəm VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?