DÜNYA


Kanadada məsciddə 6 nəfəri öldürən cani ömürlük həbs cəzasına məhkum edilib

Bakı, 9 fevral, AZƏRTAC

2017-ci ildə Kanadanın Kvebek şəhərindəki məscidə silahlı hücum edən və namaz vaxtı 6 insanı qətlə yetirən 29 yaşlı Aleksandr Bissonnette adlı cani məhkəmənin hökmü ilə ömürlük həbs cəzasında məhkum edilib.

AZƏRTAC Kanada KİV-lərinə istinadla xəbər verir ki, qatilin son sözləri – “Mən bu hərəkətimə görə qürur hissi keçirirəm və təəssüf edirəm ki, orada çox adamı öldürə bilmədim” bəyanatı hakimləri dəhşətə gətirib. Hakim cinayətkara 12 ittiham üzrə ümumilikdə 150 il, yekunda isə ömürlük həbs cəzası verildiyini elan edib.

Kanadanın Baş naziri Castin Trüdo 2017-ci ildə bu cinayəti “terror aktı” kimi qiymətləndirib və qatilə ən ağır cəza veriləcəyini bildirib. Məhkəməyə sədrlik edən Fransua Hyuot isə bu terror aktının miqrantlara, xüsusən müsəlman mühacirlərə qarşı cəmiyyətdə yaradılan yanlış təsəvvürlərin məhsulu olduğunu deyib. Hakim əlavə edib ki, qatilin əqli problemlərinin olduğu da müəyyən edilib. O, əvvəllər feministlərə və yəhudilərə qarşı cinayət törətməyi də planlaşdırıb.

Kanada mətbuatının yaydığı məlumatda bildirilir ki, son illər bu ölkədə islamofobiya meyilləri getdikcə güclənir. Belə ki, 2012-2015-ci illərdə müsəlmanları hədəf alan cinayətlərin sayı 253 faiz artıb. Müsəlmanlarla yanaşı, yəhudilər və qaradərili kanadalılar da ekstremist hücumlara məruz qalırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.