Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kəlbəcərin azad olunması münasibətilə 2100 ağac əkilib

Kəlbəcər, 25 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Noyabrın 25-i Azərbaycan tarixinə növbəti şanlı tarix kimi yazılıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən ötən ilin bu günü rayon işğalçılardan tamamilə təmizlənib. Rayonun düşmən əsarətindən xilas edilməsinin birinci ildönümü münasibətilə Kəlbəcərə səfər etdik. Yolboyu iki fərqli mənzərə ilə qarşılaşdıq. Bir yanda dağıdılmış evlər, ermənilərin törətdiyi barbarlıq, digər yandan da rayona həyatın qayıtdığını göstərən infrastruktur layihələrin icrası, aparılan quruculuq işləri... İkigünlük səfərimiz zamanı Kəlbəcərin təbiəti bizə payızı da, qışı da nümayiş etdirdi. Səfərimizin ilk günü Murovdağ yüksəklikləri qarla örtülsə də, hava sabit və mülayim idi. Erməni vandalları digər rayonlar kimi Kəlbəcərin də təbiətinə nə qədər ziyan vursalar da, sanki ana təbiət bu torpaqların əsl sahiblərinin gəlişini gözləyərək dirənmişdi. Artıq bir ildir ki, doğma qədəmlər Kəlbəcərə yeni nəfəs verir. Yarpaqlarını tökmüş ağaclardan ibarət meşələr, şırıltı ilə axan Lev və Tərtər çayları, bol oksigenli təmiz hava yolun yorğunluğunu unutdururdu. Növbəti gün isə təbiət bizə Kəlbəcərin qışını nümayiş etdirdi. Ağ örpəyə bürünmüş Kəlbəcərin mənzərəsi xüsusi göz oxşayırdı. Hava bir qədər də təmizlənmişdi. Təmiz havanı ciyərlərimizə çəkməkdən yorulmurduq. Qarlı, şaxtalı havaya baxmayaraq, Kəlbəcərin qayıdışı münasibətilə və rayonun ətraf mühitinin bərpasına töhfə vermək məqsədilə rayonun bir neçə ərazisində ağacəkmə aksiyası keçirildi.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində rayon ərazisində 2100 müxtəlif cinsli ağac əkildi, 500 kiloqrama yaxın palıd toxumu səpildi. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Nazirliyinin Kəlbəcərdəki "N" saylı hərbi hissəsi, Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon şöbəsi, "Azərenerji", "Azərişıq" Açıq Səhmdar cəmiyyətləri, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibəsində deyib: "Əsrarəngiz mənzərəli, bərəkətli torpaqlara ayaq basdığımıza görə hər birimiz özümüzü şanslı hesab edirik. Burada qar yağsa da, özümüzə borc bildik ki, bu günü ağacəkmə ilə qeyd edək. Onu da bildirim ki, Kəlbəcər Azərbaycanın ərazi cəhətdən ən böyük meşə təsərrüfatına malik rayonudur. Rayon 80 min hektardan çox meşə fondu ərazisinə malikdir. Bunun da əksəriyyəti meşə ilə örtülü sahələr olub. Əfsuslar olsun ki, mənfur düşmən bu ərazilərə də ekosid törədib. 20 min hektara yaxın meşə ümumiyyətlə məhv edilib. Buradakı meşələr həddən artıq qiymətlidir".

Nazir müavini bildirib ki, bütövlükdə işğal dövründə torpaqlarımızda 60 min hektara yaxın meşə ilə örtülü sahələr məhv edilib. Bunun da 20 min hektarı Kəlbəcərin payına düşür. Bu, hələ ilkin müşahidələrdir. "Azərkosmos"dan alınan peyk görüntülərinin nəticələridir. Ərazilər minalardan təmizləndikcə, ekoloji terrorun miqyasının daha böyük olacağına şahidlik edəcəyik.

"Erməni barbarları öz zəhmətimizlə tikdiyimiz evlərdə 30 il ərzində yaşadılar, sonra da yandırıb getdilər. Əkdiyimiz ağacların meyvələrini dərib yedilər, gedəndə kəsib, məhv edib getdilər. Yolboyu şahid olduq ki, Tərtərçayın yatağı boyu xeyli ağac kəsilib. Bir il ərzində rayonda xeyli iş görülüb, infrastruktur layihələri davam edir. Biz də nazirlik olaraq rayonun yaşıllaşdırılmasına, ekoloji terrora məruz qalmış təbiətinin bərpasına çalışırıq. Çox sevincliyik ki, bu gün - məhz Kəlbəcərin azad edildiyi gün biz rayonun Qamışlı, Yanşaq, Zülfüqarlı kəndləri ərazisində və rayondakı "N" saylı hərbi hissənin ərazisində adi göyrüş, ağcaqayın, qarağac, dağdağan, şam və s. ağaclar əkdik, palıd toxumları səpdik, eyni zamanda, Alagöllər ərazisində də palıd toxumları səpdik. Biz bir daha bu dünyaya nümayiş etdirdik ki, bu torpaqların əsl sahibləri bizik və bütün ərazilərimizi başdan-başa yaşıllığa qərq edəcəyik. Nazirlik olaraq həm işğaldan azad edilmiş torpaqlarımıza vurulmuş ziyanın hesablanmasında, həm də həmin rayonların bərpası üçün əlimizdən gələni edəcəyik. Bizimlə ekoloji aksiyaya qoşulan hər bir quruma, tərəfdaşlarımıza minnətdarıq".

Müdafiə Nazirliyinin Kəlbəcər rayonundakı "N" saylı hərbi hissəsinin İdeoloji iş şöbəsinin zabiti, mayor Anar Rzayev deyib: "Ötən il noyabrın 25-də Kəlbəcərə ilk daxil olan hərbi qulluqçulardan biriyəm. Bir ildir ki, burada xidmət edirəm. Mürəkkəb relyef, qarlı şaxtalı hava olsa da, hərbi qulluqçularımız usanmadan hər bir çətinliyə sinə gərərək öz xidmətini ləyaqətlə yerinə yetirirlər. Bir il keçib və Kəlbəcərin inkişafı göz önündədir. Burada hərtərəfli inkişaf gedir. Bu gün rayonun azad edilməsi münasibətilə keçirilən aksiyada da bir neçə hərbi qulluqçumuz iştirak etdi. Biz hərbçilər ağacəkmə aksiyasına qoşularaq rayonun ətraf mühitinin sağlamlaşdırılmasına da töhfəmizi verməyə çalışdıq. Aksiyada iştirak etməkdən məmnunuq".

Kütləvi informasiya vasitələrinin nümayəndələri olaraq biz də Kəlbəcərdə öz izimizi əkdiyimiz ağaclarla qoyduq. Gələn səfərlərimizdə əkdiyimiz ağacların böyüməsini və qol-qanad açmasını görmək diləyi ilə...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir