Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Kənd təsərrüfatının Strateji Yol Xəritəsi aqrar sektorun kompleks inkişafına yönəlib

Kənd təsərrüfatının Strateji Yol Xəritəsi aqrar sektorun kompleks inkişafına yönəlib

Bakı, 19 dekabr, AZƏRTAC

Xarici təcrübəyə əsasən, milli iqtisadiyyatın inkişafında bələdçi rolunu oynayan Strateji Yol Xəritəsi postböhran mərhələsinə qədəm qoymuş və sabit makroiqtisadiyyata malik ölkələrdə tətbiq olunur. Son illərdə neft gəlirlərinin azalması və nəticədə milli valyutanın kəskin devalvasiyaya uğraması illərlə sabit vəziyyətdə saxlanılan makroiqtisadi tarazlığın pozulmasına gətirib çıxarıb. Hazırda dövlət inflyasiyanı nəzarətdə saxlamaq üçün sərt monetar siyasət həyata keçirir. Lakin qısamüddətli olsa da, təsiredici gücə malik monetar və fiskal siyasətin alətləri uzun müddətə nəzərdə tutulmuş davamlı iqtisadi inkişaf tempinin artmasına yararlı deyil. Yalnız qısamüddətli sabitlik vəziyyətində, ilk növbədə, staqflyasiya prosesini müəyyən dərəcədə ləngitmək olar. Bu da istehsalın restrukturizasiyasına yönəldilmiş strateji layihələrin həyata keçirilməsinə və keyfiyyət baxımından iqtisadi artıma nail olmasına münbit şərait yaradır. Bu baxımdan Prezident İlham Əliyevin dekabrın 6-da imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ni uzunmüddətli, dayanıqlı iqtisadi artım şəraitinə doğru “ötürücü mexanizm” rolunu oynayan ən mühüm sənəd kimi xarakterizə etmək olar.

Bu barədə AZƏRTAC-a müsahibəsində Strateji Yol Xəritəsinin önəmini şərh edən iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Ekspert qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” aqrar sektorun inkişafında mühüm rol oynayacaq. Sənəd kənd təsərrüfatının inkişafı ilə bağlı həm orta, həm də uzunmüddətli dövrdə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu göstərir.

Belə ki, kənd təsərrüfatı məhsulları istehsalının davamlılığına təsir edən amillər əsasında yol xəritəsinin əsas prinsipləri müəyyənləşdirilib. Başlıca prinsip ölkənin aqrar sektorunun mövcud istehsal imkanlarına və daxili ərzaq bazarının tələbatına uyğun olaraq, strateji planın hazırlanmasıdır. Bunun reallaşması üçün sabit istehsal dinamikasının yüksəlməsi nəticəsində əhalinin ərzaqla təminatında daxili imkanlardan maksimum faydalanmaq prioritet hesab olunur. İlk növbədə, xarici ölkələrdən ərzaq asılılığının mümkün qədər azaldılması nəzərdə tutulur. Buna nail olmaq üçün daxili istehsalçının rəqabət qabiliyyətinin artırılması, gəlir bazasının genişləndirilməsi yolu ilə istehsalın stimullaşdırılması istiqamətində konkret tədbirlər (diferensial subsidiyalaşma, məhsuldarlığın və gəlirlərin sığortalanması, transaksion xərclərin azaldılması və sair) planlaşdırılır. Bu prinsiplərin reallaşması naminə aqrar siyasət üç əsas istiqamətdə həyata keçirilməlidir. Belə ki, daxili bazarlarda tələb və təklif parametrlərinin düzgün müəyyənləşdirilməsi baxımından kənd təsərrüfatı məhsullarının qiymət tənzimlənməsi mexanizmlərinin işlənib hazırlanması nəzərdə tutulur. Ən önəmlisi, daxili bazara rəqabətqabiliyyətli yerli məhsullar çıxararaq istehlakçıların tələbatını ödəməkdir. Burada daxili bazarın xüsusiyyətlərini təhlil edərək çeşidlilik, subsitutluq və digər elementlər nəzərə alınır. Bunun üçün ərzaq təhlükəsizliyi və idxal əvəzedici mexanizmlərin ayrı-ayrılıqda yox, kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Əvvəla, ərzaq təhlükəsizliyi səviyyəsinin artırılmasına əsaslanan tədbirlərin davamlılığı ilə bərabər, daxili bazarda idxal məhsullarına qarşı iqtisadi üsullar vasitəsilə rəqabət aparmaqla, istehlakçının alıcılıq qabiliyyətinə uyğun keyfiyyətli məhsulların təklifi artırılmalıdır.

“Növbəti prinsip müasir texnologiyalardan yetərincə yararlanmaq, onları istehsal prosesində fəal şəkildə tətbiq etməkdir. Bu zaman əsas diqqət məhsuldarlığın artırılmasına, il ərzində azı iki dəfə məhsul götürülməsinə, ərzaq məhsullarının istehsalında daha dərin emal prosesinin qurulmasına yönəldilməlidir. Yerli istehsalın stimullaşdırılması sahəsində ixrac potensialının artması planlaşdırılır. Bu da daxili bazarın tələbatının daha dolğun ödənilməsinə, kənd təsərrüfatı istehsalının canlandırılmasına, nəticə etibarilə istehsal və istehlak maraqları əsasında bütöv texnoloji və istehsal tsiklə malik iri təsərrüfatların meydana gəlməsinə zəmin yaradacaq”, - deyə M.İbrahimov bildirib.

Ekspert, həmçinin qeyd edib ki, elmi-texniki nailiyyətlərin öyrənilməsi və istehsal prosesində istifadəsi, müvafiq üsulların iqtisadi səmərəlilik baxımından seçilməsi və tətbiqi məhsul istehsalında texnologiyanın intensivlik faktorunu gücləndirəcək. Buraya ixtisaslaşmanın dərinləşməsi, aqrar istehsalın təmərküzləşməsi, məhsul emalında forma və metodların təkmilləşdirilməsi, əməyin təşkili və digər metodlarda istifadə olunması daxildir.

Strateji Yol Xəritəsinin əsas məqsədlərindən biri də dünya ərzaq və kənd təsərrüfatı bazarına ekoloji cəhətdən təmiz məhsul ixracını maksimum artırmaqdır. Burada, əsasən ərzaq məhsullarının dərin emal prosesində robotlaşdırma texnologiyalarının tətbiqi, yüksək məhsuldar cins heyvanların, bitki sortlarının və biotexnologiyaların istifadəsi nəzərdə tutulur. Həmçinin güclü elm və təhsil komplekslərinin yaradılması, kənd təsərrüfatı məhsullarının və ərzaq tullantıları dərin və kompleks emal texnologiyalarının tətbiqi və sair planlaşdırılır. Bu istiqamətdə dövlət tərəfindən böyük dəstəyə ehtiyac var.

M.İbrahimov vurğulayıb ki, Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflərə nail olunması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 2020-ci ildə real ümumi daxili məhsulun birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə, 1235 milyon manat artacağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

M.Zaxarova: Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək etməyə hazırdır

İrakli Kobaxidze: Ukrayna hakimiyyəti Gürcüstan ilə münasibətləri inkişaf etdirmək istəmir

Harris və Tramp anım mərasimində yenidən bir araya gəliblər

Kahramanmaraşda “Azərbaycan” yaşayış massivinin tikintisi sürətlə davam edir

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatar qəfil yoluna çıxan qadını vururaq öldürüb

Fransada deputat mandat büdcəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə günahlandırılır

Böyük Britaniya Ukraynaya 600 milyon funt-sterlinqdən çox yardım paketi elan edib

Elman Həsənov: 17 Radio-Televiziya Yayım Stansiyasının hər birindən 15-dək ümumölkə radioproqramının yayımı nəzərdə tutulub

Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu təşəbbüslərinə töhfə verəcək - MÜSAHİBƏ

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Azərbaycanla Türkiyənin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib

Rusiya XİN: Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır

Nazir: Təhsil sahəsində əməkdaşlıq Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin bariz nümunəsidir

Mariya Zaxarova Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsinə münasibət bildirib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Akademik: Azərbaycanlı alimlərin forumu ölkə elminin dünyada tanınmasına töhfə verəcək

Beynəlxalq düşərgənin iştirakçısı: Xalqımızın mədəniyyətini digər ölkələrin gənclərinə tanıdırıq

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 806 milyon manatdan çox olub

Muxtar respublikada dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48,2 faiz artıb

Bakıdan Sumqayıta və əks istiqamətə qatar reyslərinin sayı artırılır

Sumqayıtda mənşəyi məlum olmayan ətin satışa çıxarılmasının qarşısı alınıb

Texas Universitetinin professoru: Azərbaycanlı alimlərin forumunun elmin inkişafına töhfə verəcəyinə inanıram

Goranboyda toxum sərgi-satış yarmarkası keçirilib

Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Nazirlik nümayəndəsi: Məqsədimiz gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Dostuq və qardaşlıq rəmzi: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub

Muxtar respublikada sənaye məhsulu istehsalı artıb

Azərbaycan Ordusunun ötən il keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat sayılır – AÇIQLAMA

BDU da “TələbəPlus” layihəsinə qoşuldu

İqtisadi Şuranın növbəti iclası keçirilib

Bakıda bir neçə dayanacaq pavilyonu istifadəyə verilib

“Lökbatan dairəsi”ndə yolun təmiri həyata keçirilir

Azərbaycan klubu beş basketbolçu ilə yollarını ayırıb

“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb

ADSEA Füzuli və Şuşa sakinlərini işlə təmin edib

Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyaları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

Britaniyanın xarici işlər naziri və ABŞ Dövlət katibi Kiyevə səfər ediblər

Çempionlar Liqasında tarixi uğura imza atan Azərbaycan komandasının üzvləri ilə görüş olub

Lənkəran kənd seçki dairəsindən iki məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib VİDEO

22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Psixoterapevt: Uşaqları istəklərinə və maraqlarına uyğun kurslara yönəltmək daha uyğundur

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında 13 faizlik artım qeydə alınıb

Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur

Səyyar “ASAN xidmət” Xaçmazda

“Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib

Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir

BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

® Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Moskva və bütün Rusiyanın Patriarxı Azərbaycanı nümunəvi dövlət adlandırıb

“Qurdoğlu” tarixi romanı işıq üzü görüb

Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib

Azərbaycan klubu daha bir amerikalı basketbolçunu transfer edib

Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar

“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur

Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısına ev sahibliyi edəcək

"Trump Media" kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb

Azərbaycanda blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsində AYİB-in iştirakı müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır

Azərbaycan Dünya Köçəri Oyunlarında dördüncü medalını qazanıb

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Ağdamda 55 yaşlı kişini ilan sancıb

® “Coca-Cola” Fondunun dəstəyi ilə yeni ekoloji layihəyə start verilib

Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələr öyrənilir

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü “Ana tarla” tamaşası ilə açıb

Naxçıvanda ÜDM istehsalı 950 milyon manatı ötüb

Maks Ferstappen: Bakı bolidi idarə etmək üçün çətin trekdir

Türkiyənin Somaliyə araşdırma gəmisi göndərəcəyi tarix açıqlanıb

Naxçıvanda vergi daxilolmaları 32 faizdən çox artıb

Ortaq Türk Əlifbasındakı hərflərin Türk dillərində mövcud olan fonemləri əks etdirməsinə xüsusi diqqət yetirilib AÇIQLAMA

“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib

Vyetnamda qasırğa qurbanlarının sayı 140 nəfəri ötüb

Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər

Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb

Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

NATO-nun yeni Baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq

Bakı Uşaq Teatrı Elistada keçirilən festivalda iştirak edir

ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə edəcək?

® “Azercell”dən “Litres” və “Busuu” tətbiqlərindən pulsuz istifadə imkanı

Paytaxtda yeni su və kanalizasiya layihələri icra olunur

Odessanın mərkəzində Gəncəyə istiqaməti göstərən nişan qoyulub

Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək ixtisas imtahanına qeydiyyat aparılır

Zəhmətli olsa da, gəlirlidir - Küncüt sahəsindən reportaj VİDEO

“Neftçi” daha üç legioner basketbolçu ilə anlaşıb

Gömrükçülər ölkəyə 25 kiloqramdan artıq qanunsuz gümüş gətirilməsinin qarşısını alıb

Əhalinin hər bir nəfəri pərakəndə ticarət şəbəkələrindən orta hesabla ayda 456 manatlıq mal alıb

Yasamalda uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Mərkəzi Bank və AYİB yaşıl keçidlə bağlı icra olunacaq təşəbbüslərə dəstək imkanlarını müzakirə edib

Göygöldə Azərbaycanın ilk Moruq Festivalı keçiriləcək