SİYASƏT


Kestutis Yankauskas: Bakı tolerantlıq paytaxtı  olduğunu bir daha sübut etdi

Bakı, 21 oktyabr, AZƏRTAC 

Bakıda ilk dəfə keçirilən Avropa Tolerantlıq Festivalına yekun vuruldu. Bir həftə ərzində Bakı şəhəri tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi. Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunədir və bu, çox böyük nailiyyətdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Kestutis Yankauskas bildirib ki, festival günlərində 34 ekran əsəri nümayiş etdirilib. “IMAGINE - Avropa Tolerantlıq Festivalı üçüncü ölkədə Aİ tərəfindən dəstəklənən və keçirilən ilk festival idi. Bu festival Roma razılaşmasının imzalanmasının 60 illiyinə həsr edilib. Düşündük ki, festivalın keçirilməsi üçün ən yaxşı şəhər Bakıdır. Bu festivalın mahiyyəti tolerantlıq və müxtəliflikdir. Hər iki söz Bakıya aiddir. Biz uğur əldə etmək istəyirdik və düşünürəm ki, buna nail olduq. Festival çərçivəsində Aİ və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar, görüşlər keçirildi. Biz hər addımda bu festivalda müxtəlif ölkələrdən olan insanların tolerantlıq şəraitində bir araya gəlmələrini təmin etdik.

Kestutis Yankauskas festivalın davamlı olacağını qeyd edib və əlavə edib ki, gələn il Avropa Tolerantlıq Festivalı daha geniş şəkildə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.