İQTİSADİYYAT


Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsi keçiriləcək

Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsi keçiriləcək

Bakı, 30 aprel, AZƏRTAC

Oktyabrın 12-dən 15-dək Ümumdünya Telekommunikasiya İttifaqının (ÜTİ) dəstəyi və təşkilatçılığı ilə Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, İnnovasiyalar Agentliyi Azərbaycanda startap və şirkət rəhbərlərini müsabiqədə iştirak etmək üçün dəvət edir. Müsabiqəyə qatılmaq üçün layihələrin aşağıda göstərilən beş mövzudan birinə uyğun olması kifayətdir:

• bağlantı, şəbəkə və rabitə (Connectivity)

• “ağıllı şəhərlər” (Smart cities, smart living)

• e-sağlamlıq (E-health)

• rəqəmsal maliyyə (Digital finance)

• e-təhsil (E-education)

Müsabiqədə iştirak etmək üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz: https://digital-world.itu.int/.../awards-application-form/

Ətraflı məlumat üçün bu linkdən keçid edin: https://digital-world.itu.int.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.