İDMAN


Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək

Bakı, 19 may, AZƏRTAC

Mayın 20-22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, kişi və qadınlar arasında keçiriləcək yarış pandemiya səbəbindən ikiillik fasilədən sonra təşkil olunacaq.

Çempionatda ilk dəfə idmançılar kikboksinqin full kontakt növü üzrə mübarizə aparacaqlar. Buna səbəb bu növ üzrə yarışın avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının proqramına salınmasıdır.

Beləliklə, XXVI Azərbaycan çempionatı iştirakçıları kikboksinqin lou kik və full kontakt növləri üzrə medallar uğrunda yarışacaqlar. Kişilər hər iki növ üzrə 9, qadınlar isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar.

Yarışın ilkin mərhələsinə mayın 20-də start veriləcək. Saat 14:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, yarışın qalibləri İslamiadada Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.