MƏDƏNİYYƏT


“Kimdir müqəssir?”, “Hərə olduğu kimi gözəldir” və ya “Sevgi şimşəyi”

Bakı, 3 yanvar, AZƏRTAC

Yola saldığımız 2018-ci il Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan Bakı Uşaq Teatrı üçün də səmərəli il kimi yadda qalıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Leyla Həşimova AZƏRTAC-a deyib ki, ötən il teatrın yaradıcı kollektivi üç yeni tamaşa hazırlayıb.

Onun sözlərinə görə, Ə.B.Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?” tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində reallaşıb. Daha sonra tamaşa müxtəlif məkanlarda izləyicilərə təqdim olunub. 2018-ci ilin ikinci yeni tamaşası Arzu Soltanın “Hərə olduğu kimi gözəldir” pyesi əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Əyriqulaq dovşan” tamaşası olub. Cəmiyyətdə hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi kimi aktual mövzuya həsr olunan səhnə əsəri ötən il balacalar tərəfindən ən çox izlənilən tamaşalardandı. Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesi əsasında İntiqam Soltanın quruluş verdiyi “Sevgi şimşəyi” tamaşası ilin üçüncü premyerası kimi tarixə düşüb”.

“Noyabrın 13-25-də “Sevgi şimşəyi” tamaşası Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında tamaşaçılara təqdim edilib, sonra isə Bakıda Teatr Xadimləri İttifaqının tamaşa zalında yerli tamaşaçılara göstərilib. Ötən il ərzində Bakı Uşaq Teatrının kollektivi repertuarda olan müxtəlif uşaq və böyük tamaşaları ilə paytaxtda və regionlarda dəfələrlə tamaşaçılarla görüşüb. Teatrın yaradıcısı və rəhbəri İntiqam Soltan məhz 2018-ci ildə ölkə başçısının müvafiq Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Bundan başqa, İntiqam Soltan Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihə çərçivəsində “Görünməz dərs” metodundan istifadə etməklə uşaqlar üçün teatr təlimləri keçirib”, - deyə Leyla Həşimova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.