İDMAN


Kişi həndbolçulardan ibarət milli komandamız Maltaya yollanır

Bakı, 9 yanvar, AZƏRTAC

Kişi həndbolçulardan ibarət milli komandamız ciddi sınaq qarşısındadır.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, həndbolçularımızı 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizə gözləyir.

Azərbaycan seçməsi bu məqsədlə sabah Maltaya yola düşəcək.

Xatırladaq ki, 2018-ci il sentyabrın 28-də Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda qərarlaşan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq.

Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. Yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız ertəsi gün Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.