İDMAN


Kişi həndbolçulardan ibarət millimizin rəqibləri müəyyənləşib

Bakı, 15 oktyabr, AZƏRTAC

Kişi həndbolçuların 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda yer alan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq. “A” qrupunda isə Lüksemburq, Böyük Britaniya, İrlandiya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.

Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. 2019-cu il yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız bir gün sonra Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.