MƏDƏNİYYƏT


Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat konfransı keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Rusiya Milli Kitabxanasının iştirakı ilə kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığının inkişafına həsr edilən onlayn mətbuat konfransı keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, mətbuat konfransında Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Pavloviç Verşinin, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, A.S.Puşkin adına Brest şəhər Mərkəzi Kitabxanasının direktoru Svetlana Qorodeskaya, MDB Parlamentlərarası Assambleyasının məsul katibi Pşenko Konstantin Andreyeviç iştirak edib.

Onlayn mətbuat konfransında kitabxanalar arasında kitab mübadiləsindən, kitab irsinin qorunub saxlanması, eləcə də koronavirus dövründə kitabxanaların onlayn rejimdə göstərdikləri xidmətlər barədə çıxışlar olub. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Rusiya Milli Kitabxanası ilə həyata keçirilən qarşılıqlı kitab mübadiləsindən, Sankt-Peterburq Milli Kitabxanasında və Şərq Əlyazmaları İnstitutunda mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının elektronlaşdırılaraq Azərbaycana gətirilməsi layihəsinə toxunub və koronavirus dövründə təmsil etdiyi kitabxananın fəaliyyəti barədə danışıb.

Konfrans iştirakçıları Azərbaycan Milli Kitabxanasının pandemiya şəraitində onlayn xidmətləri sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib və sonda K.Tahirov onların bu mövzuda suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.