MƏDƏNİYYƏT
Kitabxanada “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda sərgi təşkil edilib
Bakı, 2 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda sərgi-söhbət təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kitabxananın əməkdaşı Aişə İbrahimovanın məruzəsi dinlənilib. Bildirib ki, əhalinin, xüsusən də uşaqların fövqəladə hallar zamanı mühafizəsinin təmin edilməsi mülki müdafiə orqanları qarşısında duran bir nömrəli vəzifədir.
Qeyd edilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının tarixi 1931-ci ildən başlayır. Təşkilatın qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Hazırda təşkilata 100-dən çox ölkə daxildir. Ölkəmiz 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.