CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzdə mövsüm qripi ilə əlaqədar elmi-tibbi konfrans keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Kliniki Tibbi Mərkəzdə mövsümi qripə həsr olunan elmi-tibbi konfrans keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda mərkəzin idarə heyətinin üzvləri və tibb işçiləri iştirak ediblər.
Klinikanın terapiya qəbul şöbəsinin müdiri Məhəbbət Qəmbərova səhiyyə nazirinin ötən il oktyabrın 3-də verdiyi “2018-2019-cu illər payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmri və onun yerinə yetirilməsinin gedişi barədə məlumat verib.
Reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev və I yoluxucu şöbənin həkim-rezidenti Gülnar Axundzadə mövsümi qrip ilə əlaqədar çıxış ediblər.