CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilmiş Çindən qayıtmış insanların səhhətində hər hansı bir problem aşkarlanmayıb
Bakı,10fevral,AZƏRTAC
Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində Çindən qayıtmış 2 nəfər var. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik “alovlanan” ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".