SİYASƏT


Kol Durham: Bu konfrans islamofobiyaya qarşı həll yolları tapmaq baxımından gözəl platformadır VİDEO

Kol Durham: Bu konfrans islamofobiyaya qarşı həll yolları tapmaq baxımından gözəl platformadır VİDEO

Bakı, 15 mart, AZƏRTAC

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans bütün dünyada müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları, o cümlədən islamofobiya ilə mübarizə istiqamətində müzakirələr aparmaq və bu problemə qarşı həll yolları tapmaq baxımından gözəl platformadır. İslamofobiya qlobal problemdir və bu problemlə əhalisi müsəlman olmayan ölkələrdə daha çox üzləşirlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən beynəlxalq konfransın iştirakçısı, G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham deyib.

Bakıda bir neçə dəfə olduğunu bildirən Kol Durham bugünkü konfransda G20 Dinlərarası Dialoq Forumu adından iştirak etməkdən məmnunluq duyğunu qeyd edib.

"Düşünürəm ki, biz qorxunun səviyyəsini, dünyada yaranmış qütbləşməni azaltmaq üçün daha effektiv yollar tapmalı və bir-birimizə hörmətlə yanaşmalıyıq", - deyə Kol Durham vurğulayıb.

Dünyanın bir sıra ölkələrində müsəlmanlara qarşı aparılan ayrı-seçkilik və nifrət nitqini pisləyən Kol Durham digər dini qruplara qarşı da bu cür münasibətin müşahidə edildiyini bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, hazırda bəzi siyasətçilər də islama qarşı fikirlər yürüdərək qütbləşmənin yaranmasına rəvac verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.