ELM VƏ TƏHSİL


Kolleclərə qəbul olmaq üçün 8 minədək abituriyent ərizəsini təsdiqlədib

Bakı, 16 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu iyunun 29-dək internet vasitəsilə aparılır. Bu gün saat 10:10-a olan məlumata görə, 7919 abituriyent (Azərbaycan bölməsi -7721; rus bölməsi -198) ərizəsini təsdiqlədib.

Qeyd edək ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesablarına əlavə edirlər. Həmin məbləğ ərizə təsdiq olunduqda “Şəxsi kabinet”dəki hesabdan çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən ona təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.