MƏDƏNİYYƏT
“Köpəyin hökmranlığı” filmi “Tənqidçilərin seçimi” mükafatına layiq görülüb
Bakı, 14 mart, AZƏRTAC
Rejissor Ceyn Kempionun “Köpəyin hökmranlığı” (2021) vesterni ən yaxşı film kimi “Tənqidçilərin seçimi” mükafatını qazanıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, mükafatın təqdimetmə mərasimi TBS telekanalı vasitəsilə canlı yayımlanıb.
Gözlənildiyi kimi, bu il mükafatlar uğrunda mübarizə Stiven Spilberqin “Vest side əhvalatı” (West Side Story, 2021) və Kennet Branın çəkdiyi “Belfast” (Belfast, 2021) filmləri arasında baş verməli idi. Filmlərin hər biri 11 nominasiya üzrə təqdim edilmişdi. Buna baxmayaraq, Kempionun ekran əsəri nəinki əsas nominasiyada qalib gəlib, eyni zamanda “Ən yaxşı rejissor” mükafatını alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]