DÜNYA


“Krosa” tufanı “O-bon” bayramının ən qızğın çağında Yaponiyaya çata bilər

Tokio, 9 avqust, AZƏRTAC

Yaponiya sinoptiklərinin yaydığı məlumata görə, çox güclü “Krosa” tufanı Yaponiyanın qərb sahillərinə “O-bon” bayramının ən qızğın çağında çata bilər.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, özü ilə güclü külək və nəhəng dalğalar gətirən “Krosa” tufanı qarşıdan gələn istirahət günlərində Sakit okeandakı Oqasavara adalarına yaxınlaşacaq.

Agentliyin məlumatında qeyd edilir ki, şimal istiqamətində hərəkət edən tufan öz gücünü saxlayaraq təqribən gələn həftənin ortalarında Sakit okeanın Yaponiya sahillərinə çatacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.