MƏDƏNİYYƏT


“Kubinka” tamaşasının premyerası olacaq

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin eyniadlı pyesi əsasında rejissor Əlif Cahangir tərəfindən hazırlanan “Kubinka” tamaşasının məşqləri davam edir.

AZƏRTAC xəbər verir ki, tamaşanın ilk baxışı iyunun 20-nə planlaşdırılıb. Böyük premyera isə sentyabr ayına nəzərdə tutulub.

Tragikomediya janrında yazılmış pyesdə hadisələr Bakının Kubinka məhəlləsində baş verir. Kubinkada doğulmuş lakin 18 il Batumidə yaşayandan sonra öz doğma məhəlləsinə qayıdan Məryəmin gəlişi ilə hadisələr bir-birinə qarışır.

Rejissor əsəri şərh edərək söyləyib ki, köhnəlik və yeniliyin mübarizəsi üzərinə qurulmuş tamaşada sonda yenilik, köhnəlik üzərində qələbə qazanaraq, öz məğlubiyyətinə zəmin yaradır.

Tamaşada rolları Məhəmməd Verdizadə, Elşən Əsgərov, Zəhra Bədəlbəyli, Tunar Əlizadə, Şəhanə Yusufova, Mikayıl Bəylərli, İlqar Hüseynzadə, Muşfiq Cəfərli, Beyrək Rüstəmzadə, Mehin Orucova, Nadir Rüstəmli, Əkbər İzzətov və Mübariz Ağayev canlandıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.