CƏMİYYƏT
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb
Bakı, 8 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-200, Lənkəran-Astara bölgəsi çaylarında 120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 220 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, yanvarın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 195 kubmetr olmaqla ongünlük normanın 120 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 132 kubmetr təşkil etməklə ongünlük normanın 120 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 79 kubmetr olmaqla ongünlük normanın 112 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 50 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Yanvarın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqəsində 6, Bankədə 3 santimetr azalma, lakin Surra və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 399 (2017-ci il yanvarın 8-də 460 sm), Şirvanda 269 (2017-ci il yanvarın 8-də 343 sm), Salyanda 219 (2017-ci il yanvarın 8-də 305 sm), Bankədə 207 (2017-ci il yanvarın 8-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 133 (2017-ci il yanvarın 8-də 180 sm) təşkil edir.