Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kürd icmasının rəhbəri: Erməni terrorçuları bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cəzalarını alacaqlar

Kürd icmasının rəhbəri: Erməni terrorçuları bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cəzalarını alacaqlar

Bakı, 5 iyul, AZƏRTAC 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə bu günlərdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilən “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” ölkəmizdə yaşayan etnik və dini icma nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb, geniş rezonans doğurub.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda beynəlxalq “dəyirmi masa”nın nəticələri və əhəmiyyəti, Azərbaycan kürdlərinin erməni terroruna məruz qalması ilə bağlı fikir və düşüncələrini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı ilə bölüşüb.

Fəxrəddin Paşayev dünyada terrorun vüsət tapdığı bir dönəmdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilən beynəlxalq “dəyirmi masa”nın aktuallığını, böyük önəm daşıdığını vurğulayıb: “Beynəlxalq “dəyirmi masa” çərçivəsində təşkil olunan “Erməni terroru və Azərbaycan kürdləri” adlı panel Azərbaycan kürdlərinin də böyük rəğbətinə səbəb olub. Çünki Azərbaycanda yaşayan digər xalqlar kimi, kürdlər də zaman-zaman erməni terroruna məruz qalıblar. Keçən əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımı aparan erməni terrorçuları yüzlərlə kürdü də qətlə yetiriblər. Burada təkcə Azərbaycan kürdlərindən danışmaq bu amansız terrorun miqyasını kiçiltmək olardı. Çünki ermənilər təkcə Azərbaycanda deyil, əsrin əvvəllərində Anadoluda - Türkiyə ərazisində, kürd coğrafiyasında yaşayan insanlara - türklərlə yanaşı, kürdlərə də divan tutublar. Erməni terrorçularının bu gün Azərbaycanla yanaşı, Gürcüstana da ərazi iddialarını, türklərə, yəhudilərə, kürdlərə, ləzgilərə bəslədikləri kin-küdurəti gördükdə təkcə İslam coğrafiyasında deyil, dünyada yaşayan xristianlara qarşı da törətdikləri qanlı terror aktlarının şahidi olduqda bir daha onların qanına yeriyən “erməni xəstəliyi” anlayışının doğruluğuna inanırsan. Erməni qəsbkarları Azərbaycanın ərazi bütövlüyünü pozub, torpaqlarını işğal edib, yüz minlərlə insanı doğma yurd-yuvasından qovub, qadın, uşaq, qoca demədən minlərlə insanı qətlə yetiriblər. Bunların sırasında saysız-hesabsız Azərbaycan kürdü də var.

Dağlıq Qarabağda yaşayan ermənilərin heç bir sosial, iqtisadi, mədəni, mənəvi, təhsil problemi olmayıb. Dağlıq Qarabağ ermənilərinin yaşayışı da, statusu da həmişə ərazinin aborigen xalqı olan azərbaycanlılardan qat-qat üstün olub. Ancaq bütün bunlara baxmayaraq “erməni xəstəliyi” onlara sakit yaşamağa imkan vermədi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan zaman da ermənilər qırğınlar törədərkən kimsəyə etnik, dini fərq qoymadan insanları qətlə yetiriblər. Sözügedən münaqişədə onlar birinci hücumlarını kürd kəndlərinə ediblər. Onlarla kürd birgə Vətənimiz olan Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olub”.

Mərkəzin rəhbəri monoetnik Ermənistanla multikultural Azərbaycandakı tolerant durumu müqayisə edərək deyib: “Ermənilər kürdlərin kompakt yaşadığı Laçın rayonunu işğal etdikdən sonra dünyada təbliğat aparmağa başladılar ki, guya ermənilər kürdlərin dostudur. O vaxt kürdlər düşmən təxribatına uymadılar. Mən həmişə hər yerdə demişəm və deyəcəyəm ki, kürdlərə həmişə ermənilərdən zərbə dəyib, ermənilər tarix boyu kürdlərlə türklərə düşmən kəsiliblər. Ermənilər vaxtilə hər yerdə informasiya yayırdılar ki, guya kürdlər üçün çox şey yaradıblar: Yerevanda kürd dilində gündə bir saat veriliş gedirdi, kürd dilində “Yeni yol” qəzeti çap olunurdu, Ermənistan Yazıçılar Birliyində kürd dili şöbəsi var idi və sairə. Əgər bu dedikləri doğrudursa, onda niyə Ermənistan müstəqilliyinin ilk günlərindən, hələ müstəqillik qazanmadan da bütün müsəlman kürdlərini axırıncı nəfərinə qədər türklərlə, azərbaycanlılarla bir yerdə oradan qovdu? Radioda gedən veriliş həftədə 3 dəfə -təxminən 15-20 dəqiqə oldu, kürdlər üçün yaradılmış o Yazıçılar Birliyindəki şöbə də, qəzet də - hamısı bağlandı. Qəzet indi formal olaraq sadəcə ildə bir dəfə çap olunur.

Azərbaycanda isə hələ müstəqilliyin ilk günlərində o zamana qədər heç bir imtiyazı olmayan kürdlər üçün “Ronahi” Kürd Mədəniyyət Mərkəzi yaradıldı. Onu da qeyd edim ki, tək kürdlərin yox, Azərbaycanda yaşayan bütün azsaylı xalqların mədəniyyət mərkəzləri fəaliyyət göstərməkdədir. “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin orqanı olan “Dəngə kürd” (“Kürdün səsi”) qəzetinin nəşrinə başlandı, kürd dilində onlarla kitab, əlifba, lüğətlər və bədii kitablar çap olunub və bu gün də olunur. Azərbaycanda yaşayan hər bir xalqın dilində, o cümlədən kürd dilində həftədə iki dəfə televiziya verilişi yayımlanır. Bunlar Azərbaycan xalqının və dövlətinin apardığı multikultural siyasətin xarakterini sübut edən faktlardır. Biz bu “dəyirmi masa” vasitəsilə bir daha erməni terroru və Azərbaycan multikulturalizmi haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa müvəffəq olduq”.

Fəxrəddin Paşayev Ermənistanın işğalçı dövlət olduğunu və terroru dövlət səviyyəsində dəstəklədiyini beynəlxalq instansiyalara çatdırmaqla məşğul olduqlarını, bu istiqamətdə əzmlə çalışdıqlarını xatırladıb: “2005-ci ildə mənim də iştirakımla Azərbaycan vətəndaşları Elxan və Adışirin Çıraqov qardaşları, Qaraca Cəbrayılov, Akif Həsənov və Ramiz Cəbrayılov Ermənistan hökumətindən itirdikləri əmlaka görə kompensasiya və doğma yerlərinə qayıtmaq üçün şərait yaradılması tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdilər. “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Məhkəmənin Böyük Palatasının qərarında Ermənistanın ərizəçilərin mülkiyyət hüququnu, şəxsi və ailə həyatına hörmət hüququnu və səmərəli müdafiə hüququnu pozması faktı öz əksini tapıb. Həmçinin qərarda işğal altında olan ərazilərin Ermənistanın effektiv nəzarəti altında olmaqla həmin ərazilərdə Konvensiyanın pozulması hallarına görə cavabdeh olması da təsdiq edilib. Haqqımızın bərpası ilə bağlı birlikdə apardığımız 10 illik mübarizədən sonra Avropa İnsan Hüquqları Məhkəməsi ədalətli qərarını verərək Dağlıq Qarabağda insan hüquqları pozuntularına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü təsdiqləyib. Bu qərarla Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etdiyini də rəsmən təsdiqləmiş oldu. Bu isə hər bir məsələdə siyasi iradə nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi xətt ətrafında birləşərək haqq səsini ucaltmağa nail olan Azərbaycan xalqının qələbəsi hesab oluna bilər”.

Mərkəzin sədri bu gün azsaylı xalqların, etnik qrupların, dini konfessiyaların yanaşı, qardaşcasına yaşadığı Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasını ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlərin, tolerant ənənələrin Prezident İlham Əliyev tərəfindən mənəvi qatdan siyasi müstəviyə qaldırılmasının parlaq sübutu kimi dəyərləndirib: “Bu uğurlu siyasi kursun həyata keçirilməsi nəticəsində Azərbaycanda etnik və dini zəmində ən kiçik bir narazılıq belə mövcud deyil. Azərbaycanda vətəndaşa etnik mənsubiyyətinə, dini etiqadına görə deyil, vətənə xidmətinə görə qiymət verilir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılandan sonra Azərbaycanda yaşayan etnik qrupların beynəlxalq tribunalarda daha da intensiv çıxışlarına imkan yaradıldı və mən buna görə kürd icması adından Prezident İlham Əliyevə, eləcə də Dövlət müşaviri Kamal Abdullayevə dərin minnətdarlığımı bildirirəm”.

Kürd icmasının rəhbəri sonda erməni terrorçularına və onların havadarlarına işğalçılığı, terroru pisləyən bəyanat ünvanlayıb: “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda təşkil olunmuş beynəlxalq “dəyirmi masa”da da vurğuladım, indi də bir daha erməni qəsbkarlarına və terrorçularına, onların dünyadakı havadarlarına bəyan etmək istəyirəm ki, sülhün, barışın yolu multikulturalizmdən, tolerantlıqdan, dinc birgəyaşayışdan keçir. Separatçılıqla, terrorla, silah gücü ilə heç nə əldə etmək mümkün deyil. Ermənilər gec-tez dünyada və Azərbaycanda yaşayan müxtəlif xalqlara, ümumiyyətlə, bəşəriyyətə qarşı törətdikləri terrora, qanlı bəşəri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cəzalarını alacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək