REGİONLAR


Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib VİDEO

Kürdəmir, 12 sentyabr, AZƏRTAC

Kürdəmirdə yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib. Hadisə axşam saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürücü Bakı şəhər sakini 29 yaşlı Rauf Kamal oğlu Bəkirov “Hyundai” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, əvvəlcə qarşısında hərəkətdə olan qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “Ford” markalı mikroavtobusa çırpılıb. Bundan sonra avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatının xilas etmək mümkün olmayıb. Hadisənin başvermə səbəbi avto ekspertizanın araşdırmasından sonra bəlli olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.