Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyuram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı tərəqqi və rifah arzulayıram.

Dərin hörmətlə,

 

Sabah Xalid əl-Həməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin