İDMAN
LƏNKƏRANDA ŞAHMAT OLİMPİADASI BAŞA ÇATMIŞDIR
Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə keçirdiyi birincilikdə qalib adı uğrunda ölkəmizin şəhər və rayonlarının təxminən 300 gənc təmsilçisi mübarizə aparmışdır. Sumqayıt məktəbliləri daha inamlı oyun nümayiş etdirərək, komanda hesabında birinci yeri tutmuşlar. Gəncə məktəbliləri ikinci, Bakı məktəbliləri isə üçüncü nəticə göstərmişlər.
Şəxsi birincilik yarışlarında gəncəli idmançılar - Ayaz Məmmədov birinci, Vüqar Rəsulov üçüncü, Sumqayıt şahmatçısı Vasif Durarbəyli isə ikinci yerlərə layiq görülmüşlər.
Qaliblərə pul mükafatları, diplomlar və kuboklar təqdim edilmişdir.
Olimpiadada 1,2 və 3-cü yerləri tutan şahmatçılar bu ilin avqustunda Türkiyədə keçiriləcək Dünya Şahmat Olimpiadasında ölkəmizin idman şərəfini qoruyacaqlar.