ELM VƏ TƏHSİL
LƏNKƏRANIN GİRDƏNİ KƏNDİNDƏ 240 YERLİK YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Lənkəran rayonunun Girdəni kəndində inşa edilmiş 240 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran Su-Tikinti Törəmə Müəssisəsinin inşaatçıları tərəfindən tikilən yeni təhsil ocağının açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.