İQTİSADİYYAT
LAYİHƏ ÜZRƏ İŞLƏR BAŞA ÇATMIŞDIR
ASEA-nın “Sabirabad rayonunda süd tədarükü qaydalarının tətbiq edilməsi” layihəsinin rəhbəri İsmayıl Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, layihənin məqsədi üzrə son illərdə süd istehsalında olan geriliyi aradan qaldırmaq üçün əhali arasında maarifləndirmə işləri genişləndirilmiş, 8 mövzuda təlimatlar hazırlanmış, müxtəlif bukletlər, ”Azəri südçüləri” jurnalı nəşr edilmişdir.
Layihənin həyata keçirildiyi Qalağayın və ətraf kəndlərdən 400-dən artıq süd istehsalçısından hər gün 3 ton süd tədarük edilərək Bakı süd emalı müəssisəsinə göndərilir. Hazırda Qalağayın kəndində südün qəbulu, soyudulması, saxlanması və nəql edilməsi məntəqəsində tamamlama işləri görülür. Məntəqə avadanlıqla təchiz olunmuşdur. Burada əvvəlcədən nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinə 100 milyon manata yaxın vəsait sərf edilmişdir.