Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

LİTVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ROLANDAS PAKSASA

Hörmətli cənab Prezident,

Litva Respublikasının milli bayramı – Litva dövlətinin bərpası günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin