SİYASƏT
Laçın-Xankəndi yolunda hərəkət intensivləşir: Daha 53 avtomobil aksiya ərazisindən keçdi
Şuşa, 13 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda hərəkəti intensivləşir.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 20 təminat-təchizat və dörd minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 27 təminat-təchizat və iki minik avtomobilinin Laçına gedişinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.