REGİONLAR
Laçınlı məcburi köçkünlər pambıq yığımına başlayıblar
Ağcabədi, 18 sentyabr, AZƏRTAC
Bu il ilk dəfə olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində 101 hektarda pambıq becərən laçınlı məcburi köçkünlər məhsul yığımına başlayıblar.
Laçın rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Sahib Quliyev AZƏRTAC-a bildirib ki, “MKT İstehsalat Kommersiya” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin ediliblər. Becərmə zamanı aqrotexniki qaydalara əməl edilib və bol məhsul yetişib.
Hazırda tarlalarda məhsul yığımı davam etdirilir. Pambıq yığımının sürətlə davam etdirilməsi və qarşıya çıxa biləcək problemlərin dərhal həll olunması üçün rayon icra hakimiyyətində qərargah yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]