REGİONLAR
Lahıc qəsəbəsində könüllü həkim heyəti pulsuz tibbi müayinə təşkil edib
İsmayıllı, 21 oktyabr, AZƏRTAC
ALFA klinikasının bir qrup könüllü həkim heyəti tərəfindən İsmayıllının Lahıc qəsəbə sahə xəstəxanasında əhali üçün təmənnasız tibbi müayinə təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 5 nəfər müxtəlif ixtisaslı həkimdən ibarət müayinə qrupu 150 nəfərdən çox qəsəbə sakinini tibbi müayinədən keçirib. Onlardan 8 nəfərin daha əsaslı müalicəyə ehtiyaclı olduğu üçün Bakıdakı tibb müəssisələrinə göndərilməsi məsləhət bilinib. Bir qrup sakin stasionar müalicəyə, bir neçə nəfər isə ambulator müalicəsinə götürülüb.
Əhalinin müayinəsi yüksəkixtisaslı, təcrübəli həkimlər tərəfindən aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:39]
Şəkinin ipəkçilik laboratoriyasından reportaj
- 07.05.2024 [10:55]
Xınalığa qar yağır VİDEO
- 06.05.2024 [22:12]
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
- 06.05.2024 [21:05]
Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO
- 06.05.2024 [20:42]