RƏSMİ SƏNƏDLƏR


Latviya Respublikasının Prezidenti Egils Levitsdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi, ölkənizə daimi sülh və rifah arzularımı çatdırıram.

Latviya bizim yaxın dostumuz və tərəfdaşımız olan Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirir. Əminəm ki, Latviya ilə Azərbaycan arasındakı yüksək səviyyəli əməkdaşlıq gələcəkdə də inkişaf edəcək, dostluq əlaqələrimiz daha da güclənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

Egils Levits

Latviya Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin