ELM VƏ TƏHSİL
Latviya universiteti əcnəbi tələbələrin sayını artırmağı planlaşdırır
Riqa, 22 oktyabr, AZƏRTAC
Latviyanın “Liepau” Universitetinin əməkdaşı Erik Lauberq Azərbaycanda və Ukraynada keçirilən təhsil və karyera, habelə Ukraynadakı “Begin Edu Fair Kiev” təhsil sərgilərindən sonra təəssüratlarını bölüşüb.
AZƏRTAC xəbər verir ki, Erik Lauberqin sözlərinə görə, “Liepau” Universitetində 13 ölkədən tələbələr təhsil alır. Onların arasında Azərbaycan və Ukraynadan olan gənclər də var. Universitet qarşıdakı illərdə əcnəbi tələbələrin sayını artırmağı planlaşdırır və belə sərgilərdə iştirakı yüksək qiymətləndirir.
Universitet əcnəbi tələbələrə bakalavr pilləsində “İnformasiya texnologiyaları”, “Kompüter bilikləri”, “Avropa dilləri və mədəniyyəti”, magistr pilləsində isə “İnformasiya texnologiyaları”, “Ekotexnologiyalar”, “Müasir media”, “Pedaqogika” ixtisasları üzrə ingilis dilində dərslər təqdim edir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:07]
Dünyaşöhrətli alim "Yeni çağırışlar"da
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]