CƏMİYYƏT
Latviyada uşaqlar arasında sürətlə yayılan infeksiya ölkə rəhbərliyinin nəzarətinə götürülüb
Riqa, 19 sentyabr, AZƏRTAC
Latviyanın Baş Naziri Krişyanis Karinş ölkədə balacalar arasında sürətlə yayılan bağırsaq infeksiyasının səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir bununla bağlı əlaqədar qurumların rəhbərlərinə ölkədə uşaq bağçalarına ərzaq tədarük edən bütün topdançıları yoxlamağı tapşırıb. Yoxlamaların nəticələri noyabrın 20-də Baş Nazirə təqdim olunmalıdır.
Hadisə artıq 3 gündür ki, polis nəzarətinə də götürülüb. Bu günədək artıq 19 uşaq sözügedən infeksiyaya yoluxaraq xəstəxanalara yerləşdirilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]