Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Latviyanın sabiq Baş naziri (2014-2016), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Laimdota Strauyumadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram. İnsanpərvərlik, mədəniyyətlər və xalqlar arasında dialoq, tolerantlıq və anlaşma dahi şair Nizami Gəncəvinin poeziyasının əsas motivlərini təşkil edir. Mən inanıram ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeləri naminə bundan sonra da davam edəcək. Xalqınıza rifah arzulayıram.

Səmimiyyətlə,

 

Laimdota Strauyuma

Latviyanın sabiq Baş Naziri (2014-2016),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin