REGİONLAR
Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Lənkəran, 6 mart, İlkin Adıyev, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Lənkəran rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində, şəhərin iqliminə uyğun olaraq 500 iynəyarpaqlı (sərv) ağaclar əkilib.
Aksiyada şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP rayon təşkilatının könüllüləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Ağacəkmə aksiyasında yeni əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Tədbirlər planına uyğun olaraq, rayonun ayrı-ayrı məntəqələrində də ağacəkmə aksiyaları keçirilib.
Qeyd edək ki, ağacəkmə aksiyasının ilboyu davam etdirilməsi nəzərdə tutulub.