REGİONLAR


Lənkəranda atletika üzrə zona birinciliyinin qalibləri müəyyənləşib

Lənkəran, 17 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Olimpiya İdman Kompleksində məktəblilər arasında atletika üzrə respublika çempionatının zona birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları qələbə uğrunda mübarizə aparıblar.

Zona birinciliyində daha inamlı oyun nümayiş etdirən Lənkəran rayonunun Haftoni qəsəbə tam orta məktəbin komandası I, Biləsuvar rayonunun Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin komandası II, Salyan rayonunun Arbatan kənd tam orta məktəbin komandası III yeri tutub.

Zona yarışlarında I və II yerləri tutan komandalar respublika çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.