SİYASƏT


Leyla Abdullayeva: Azərbaycanın etirazı diplomatik kanallarla Rusiya tərəfinə çatdırıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ respublikası”nın qeyd olunması ilə bağlı KİV-in sualını cavablandırıb.

Leyla Abdullayeva AZƏRTAC-a açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb.

“Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”, - deyə XİN-in sözçüsü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.