İDMAN


“Liberty Media” Çində daha bir yürüş keçirmək niyyətindədir

Bakı, 17 aprel, AZƏRTAC 

Formula 1-in kommersiya direktoru Şon Bratçes çempionat rəhbərlərinin Çində daha bir Qran-Prinin təşkil edilməsi məsələsini nəzərdən keçirdiklərini bildirib.

AZƏRTAC xəbər verir ki, Şon Bratçes deyib: “Biz Çində küçə yürüşünün təşkil olunmasında çox maraqlıyıq. Bu, Şanxayda malik olduqlarımıza qarşı yaxşı müqayisəedilmə olardı. Bizim planlarımız şoumuzu mümkün qədər daha çox insana çatdırmaqdır”.

Bratçesin sözlərinə görə, Formula 1 küçə yürüşlərini Çinin altı iri şəhərindən birində keçirilməsi variantına baxır.

“Biz ikinci Çin Qran-Prisinin keçiriləcəyi yeri müəyyən etmək məqsədilə yerli hakimiyyət orqanları nümayəndələri ilə danışıqlar aparırıq”, - deyə “Pitpass” Bratçesdən sitat gətirir.

Formula 1 çempionatının Çin mərhələsi Şanxayda 2004-cü ildən başlayaraq hər il təşkil edilir. Xatırladaq ki, Formula 1-in gələn mövsümündə çempionatın tarixində ilk dəfə olaraq Vyetnam Qran-Prisi də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.