Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743) 3 nömrəli əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:

“27. idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədi ilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan);”;

1.2. 47-ci maddədə “yeyinti məhsullarının gigiyenik” sözləri “qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

1.3. 71-ci maddə aşağıdakı redaksiyada verilsin:

“71. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış;”.

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin