DÜNYA


Litvada işsizlik səviyyəsi Avropa İttifaqı üzrə orta götəricidən yüksəkdir

Vilnüs, 5 may, AZƏRTAC

Litvada mart ayında işsizlik səviyyəsi Avropa İttifaqı (Aİ) üzrə orta götəricidən yüksək olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Aİ-nin statistika agentliyi “Eurostat” yayıb.

Bildirilib ki, Litvada il ərzində işsizlik səviyyəsi 1,7 faiz bəndi artıb, ay ərzində isə 0,7 faiz azalaraq martda 8,9 faizə enib.

Aİ-də işsizlik səviyyəsi orta hesabla 7,3 faiz təşkil edib ki, bu da bir il əvvələ nisbətən 0,9 faiz bəndi çox, ötən aya nisbətən isə 0,1 faiz azdır.

Litvada mart ayında işsizlərin sayı 132 min nəfər təşkil edib, onlardan 30 mini 25 yaşınadək olan gənclərdir.

Qeyd edilib ki, Latviyada işsizlik səviyyəsi 8,7, Estoniyada isə 6,8 faiz olub.

Aİ-də işsizlərin sayı ümumilikdə 15,9 milyon nəfər təşkil edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.