DÜNYA
Litvada prezident seçkiləri və referendum keçirilir
Vilnüs, 12 may, AZƏRTAC
Litvada mayın 12-də prezident seçkiləri və referendum keçirilir.
AZƏRTAC xəbər verir ki, prezident seçkilərinin ilk turunda 9 namizəd mübarizə aparır. Artıq səsvermə hüququ olan 2 milyon 47 min insan yaradılmış seçki məntəqələrində, habelə xaricdəki səfirliklərdə səs verməyə başlayıblar. Məntəqələr yerli vaxtla saat 7.00-dan 20.00-dək açıq olacaq. Artıq seçicilərin 13,47 faizi səs verib.
İlkin sorğular göstərib ki, prezident postuna ən yaxın namizəd keçmiş maliyyə naziri İnqrida Şimonitedir. Nəticələrə görə respondentlərin 26,2 faizi ona səs verəcəyini bildirib.
Həmçinin ölkədə ikili vətəndaşlıq və parlamentdəki mandat sayının azaldılması ilə bağlı referendum da keçirilir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs